Taylandda bina uçdu - 11 ölü, 17 yaralı

25 Fevral 2014 22:21 (UTC+04:00)
Taylandın mərkəzi hissəsində yerləşən Samut Prakan əyalətində tikilməkdə olan xəstəxana binasının uçması nəticəsində ən azı 11 nəfər həlak olub, daha 17 nəfər yaralanıb.

APA-nın Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, qəzada həlak olanlardan 2-si Kamboca vətəndaşlarıdır.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.


AzNews.az