Röya Ayxan xərçəng xəstəsinə yardımdan imtina etdi

26 Fevral 2014 09:21 (UTC+04:00)


Bu sözləri tanınmış müğənni Röya Ayxan həkimlərin səhvi ucbatından xərçəng xəstəliyinin 4-cü mərhələsi ilə mübarizə aparan Nərmin Hüseynlini xilas etmək üçün xeyriyyə kampaniyalarına qoşulub-qoşulmayacağı ilə bağlı suala cavab verərkən bildirib.

"Park Bulvar" Ticarət Mərkəzində keçirilən aksiyanın aparıcıları müğənni Röya Ayxana yardım etməsi üçün müraciət edib.

Müğənninin cavabı qısa olub: "Mən sağalmayacaq xəstəyə sərmayə qoya bilmərəm".

Xatırladaq ki, Nərmin Hüseynli keçən il may ayının 1-də həkimlər tərəfindən yanlış diaqnoz qoyularaq "zob" adıyla əməliyyat olunub. Sonradan xanımın limfa düyünlərində problem olduğu aşkarlanıb və iyunun 24-də Milli Onkologiya Mərkəzində kimyaterapiya kurslarına başlanıb. 7 kurs müalicə keçsə də, xəstənin vəziyyəti ağır olaraq qalır. Onun müalicəsi Almaniya, Türkiyə və İsraildə mümkündür. Əməliyyatı üçün 150 min manat pul lazımdır.


AzNews.az