Nadir Qafarzadənin atası “qanuni oğru” olub

26 Fevral 2014 09:42 (UTC+04:00)
Müğənni Nadir Qafarzadənin atası Əziz Qafarov "qanuni oğru" olub.

Axşam.az xəbər verir ki, bu barədə ATV telekanalında İradə İsaqın aparıcılıq etdiyi "Düz üzünə" verilişində bildirilib.

Müğənni deyib ki, mərhum atasının ləqəbi "Qəqə əmi" olub. O, həbsxanada şair Əliağa Vahidlə birlikdə cəza çəkib:

"Onlar dostluq edirdilər. Atam başqa dünyanın insanı idi. Ailəsi üçün can yandırmırdı. Amma kənar insanlara pul xərcləyir, yardım edirdi. 50 yaşında da qadın düşkünü idi. Anama deyirdi ki, sənlik deyil, özüm bilərəm".

AzNews.az