“Nərminlə bağlı Röyaya müraciət olunmayıb” - Prodüser

26 Fevral 2014 09:44 (UTC+04:00)
"Nərmin Hüseynli ilə əlaqədar Röya xanıma nə rəsmi, nə də qeyri-rəsmi müraciət olunmayıb".

Bunu AzNews.az-a müğənni Röya Ayxanın prodüseri Kənan Bayramov bildirib. Onun sözlərinə görə, jurnalistlərdən kimsə "Park Bulvar"da Röyaya yaxınlaşı,b orada tədbir olacağını bildirib:

"Soruşub ki, burada tədbir var, siz orada iştirak edəcəksiniz? Bu da deyib ki, yox. Deyiblər ki, bəlkə iştirak edəsiz? O, da məsələ ilə maraqlanıb. Deyib ki: "Tədbirin təşkilatçısı Mir Yusifə deyin, Röya xanım da xahiş edir ki, mənim də adımdan dəstək olsun"".

O, həmçinin bildirib ki, Röya bu günə kimi çox adamlar dəstək olub: "Bu elə məsələdir ki, desələr də, deməsələr də adamın öz insafı var. Belə ağır bir problemdə qızın adını şişirtmək çox ayıbdır. Biz onu tanımırıq. Bilmirik ki, belə bir xəstə var. Röya bu günə kimi o qədər adamlara dəstək olub ki. Nə oldu, heç onda ortalığa çıxan yox idi. İnsan da etdiyini deyər? Bunu tək Allah bilməlidir. Bu, reklam xarakterli iş deyil. Yaxşılığı kimin üçünsə etmirlər. Yaxşılığı Allah rizası üçün edirlər".

Xatırladaq ki, həkimlərin səhvi ucbatından həyatı təhlükədə olan Nərmin Hüseynli üçün yardım kampaniyası aparan gənclər Dənizkənarı Parkda müğənni Röyadan köməklik istəyiblər. Müğənni isə "Mən sağalmayacaq xəstəyə sərmayə qoya bilmərəm. Mən qadınam" deyə bildirib.

Bahar Rüstəmli
AzNews.az