TQDK sədri vətəndaşları qəbul edəcək
26 Fevral 2014 10:02 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə İmişli şəhərində vətəndaşları qəbul edəcək.
AzNews.az TQDK-nın saytına istinadən xəbər verir ki, qəbulda Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon sakinləri iştirak edə bilərlər.
Qəbul fevralın 28-də İmişli şəhər Gənclər Mərkəzində (20 yanvar küç., 2) keçiriləcək.
AzNews.az