Müəllimlər İnstitutunun bağlanan filialları ilə bağlı daha bir açıqlama

26 Fevral 2014 12:35 (UTC+04:00)
Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarında oxuyan tələbələrin təhsilini bu məktəblərdə davam etdirib-etdirməyəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, həmin filiallara 2014-2015-ci tədris ili üçün tələbə qəbulu planlaşdırılmayıb. Ancaq buna baxmayaraq, bu filiallarda hazırda təhsil alan tələbələr təhsilini sonadək davam etdirəcəklər.

AMİ-nin tələbə qəbulu dayandırılmış filiallarında təhsil alan, alt qruplardan kəsri qalan tələbələr üçün həmin filiallarda akademik borclar olan fənnlər üzrə dərslər də təşkil olunacaq.

AzNews.az