İran Azərbaycanı yenə ittiham etdi

24 Avqust 2012 12:23 (UTC+04:00)


İran Azərbaycanı yenidən ittiham edib. Bu dəfə ölkəmiz Xəzəri çirkləndirdiyinə görə İranın hədəfinə çevrilib. AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə İranın ekologiya təşkilatının Xəzər bölməsinin sədr müavini Abdulrza Karbasi bildirib ki, Azərbaycan Xəzərin özünə aid sektorunu çirkləndirir.

Onun sözlərinə görə, Azərbaycan, nefti aşınmış avadanlıqlarla çıxardığından çirklənməyə səbəb olur və eyni zamanda çirklənmənin qarşısını alacaq tədbirlər görmür. Sübut kimi isə İranın öz sektorunun Azərbaycana yaxın hissəsində ekoloji yoxlamalar keçirməsi və nəticədə neft tullantılarının səviyyəsinin artdığını müşahidə etməsi göstərilir.

Karbasi həmçinin bildirib ki, onlar dənizin təmizlənmə xərclərini hesablayacaq və cərimə kimi ödənməsi üçün Azərbaycana təqdim edəcək.

Sadiq
AzNews.az