Qarabağdan bəhs edən “İtən vaxt”- VİDEO

26 Fevral 2014 14:09 (UTC+04:00)
Qarabağ müharibəsi haqqında yazılan "İtən vaxt" istedadlı yazıçı-dramaturq, "Toy gecəsi" bədii televiziya serialının ssenari müəllifi, Prezident təqaüdçüsü Samir Sədaqətoğlunun ilk uğurlu əsərlərindən biridir.

Bir çox mükafatlara layiq görülən bu pyes müharibə və onun bəşəriyyət üçün yaratdığı təhlükələr haqqında çağdaş Azərbaycan dramaturgiyasında qələmə alınan ən güclü ədəbi nümunələrdəndir.

Əsərdəki keçmiş döyüşçü – məhbus obrazını Əməkdar artist İlqar Cahangir canlandırır.

Tamaşanın quruluşçu rejissoru "Şöhrət" Ordenli Cənnət Səlimova, bəstəkarı isə bir sıra beynəlxalq mükafatlat laureatı Firudin Allahverdidir.



AzNews.az