Krımda vəziyyət gərginləşir – CANLI YAYIM
26 Fevral 2014 15:41 (UTC+04:00)
Kiyevdə "Maydan" hərəkatının qələbəsindən sonra Ukraynada məğlubiyyəti ilə razılaşmayan ölkənin rusiyameyilli kontingenti Krım Muxtar Respublikasında vəziyyəti gərginləşdirməyə çalışır.
AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, ötən gündən Ukraynanın Krım Muxtar Respublikasının paytaxtı Simferapolda rusiyameyilli qüvvələrlə ölkənin parçalanmasına qarşı olan qruplar arasında kiçik toqquşmalar baş verib.
Analoji hadisə Kerçdə də törədilib. Bu gün isə Krımın Rusiyaya birləşdirilməsini tələb edən və əsasən ruslardan ibarət qruplar Krım Ali Radasının binası qarşısına toplaşaraq, növbədənkənar sessiyanın çağırılması, burada isə muxtar respublikanın Rusiyaya birləşdirilməsi qərarının verilməsi tələbi ilə çıxış etməyə başlayıblar.
Daha sonra isə Muxtar Respublikanın Ali Radasının binasının qarşısına Krımın Ukrayananın tərkibində qalmasını istəyən və qeyd olunan qərarı dəstəkləyən yerli tatarlar cəmləşib.
Hazırda parlamentin binası qarşısında hər iki bir-birinə zidd olan qrupların tərəfdarlarının aksiyası keçirilir. Aksiyada iştirak edən tatarlar Krım parlamentinin Rusiyapərəst mövqeyinin əleyhinə çıxraq, Ukraynanın tərkibində qalmalarını istəyirlər.
Bu dəqiqələrdə parlamentin binası qarşısında minlərlə tatarın iştirakı ilə mitinq davam edir. Milis toqquşmanın qarşısını almaq üçün mitinq edənlər arasında dəhliz yaradıb.
Mitinqdə "Allahu-əkbər!", "Krım - Rusiya deyil!", "Krım - Ukraynadır!" şüarları səslənir.
AzNews.az