Sevgiləri onlara xəzinə bəxş etdi – 10 milyon tapdılar

26 Fevral 2014 17:00 (UTC+04:00)

ABŞ-da gəzməyə çıxan cütlük xəzinə tapıb.


AzNews.az saytının yerli mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Kaliforniya ştatında gəzintiyə çıxan cütlük torpağa basdırılmış qızıl pullar tapıb.

Təxminən 10 milyon dollar dəyərində olduğu deyilən qızıl pulların indiyə qədər ABŞ-da olan ən böyük xəzinə olduğu bildirilir. Yolda getdikləri zaman torpağın içində parıldayan metal əşyalar gördüyünü deyən cütlük oranı qazdıqdan sonra içi qızılla dolu səkkiz küp tapıb. Cütlüyün tapdığı qızılların ən qədiminin 19-cu əsrə aid olduğu təxmin edilir.

Qeyd edək ki, "Saddle Ridge" adı verilən xəzinənin olduğu bölgədə, daha əvvəl də buna bənzər hadisələr yaşanmışdı.

Rəhim Qədirov
AzNews.az