“Qalatasaray” Xocalını anmayacağını açıqladı

26 Fevral 2014 18:57 (UTC+04:00)
İstanbulun "Qalatasaray" klubu Çempionlar Liqasının 1/8 finalında bu axşam keçiriləcək Londonun "Çelsi" komandası ilə oyun öncəsi Xocalı soyqırımının məsələsinə dair açıqlama verib.

"Qalatasaray" klubunun rəsmi saytında qeyd edilib ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev "Qalatasaray" – Çelsi" matçı əvvəli əhəmiyyətli bir istəkdə bulunub: "Quliyev Madridin "Atletiko" klubunun İspaniya liqasında oynayacağı "Osasuna" və "Real" qarşılaşmalarında Xocalı qırğını qurbanlarının xatirəsinə sahəyə qara bantla çıxacağını xatırladaraq, bənzər bir tətbiqin "Qalatasaray" - "Çelsi" matçından əvvəl də 1 dəqiqəlik sükutla yad etmək duruşu təklifini verib". "Qalatasaray"ın məlumatında qeyd edilir ki, bu tələbi media vasitəçiliyi ilə çatdıran Azay Quliyevin təklifinin qəbul edilməsi mümkün görünmür: "Çünki bu cür müraciətlərin ən az 24 saat əvvəldən rəsmi qaydada UEFA-ya edilməsi lazımdır. Bu ana qədər "Qalatasaray" klubuna çatan rəsmi bir tələb yoxdur". "Qalatasay"ın saytında Xocalı soyqırımı haqda da məlumat yerləşdirilib. "Erməni gücləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki yeganə aerodroma sahib və hərbi baxımdan strateji əhəmiyyət daşıyan Xocalını ələ keçirmək üçün 25 fevral 1992-ci ildən etibarən hücuma başlayıb. Ermənilər bölgədə olan sovet ordusuna bağlı 366-cı zirehli alayının bütün vasitələrindən istifadə edərək, şəhəri iki saat boyunca top və tank atəşinə tutub. Hücumdan bir gün sonra isə yaddaşlardan illərcə silinməyəcək olan Xocalı qırğını ortaya çıxıb. Rəsmi məlumatlara görə, Xocalı qırğınında köməksiz vəziyyətdəki 106-sı qadın, 83-ü uşaq olmaq üzrə cəmi 613 Azərbaycan vətəndaşı həyatını itirib. Qırğından 487 adam ağır yaralı olaraq xilas olarkən, erməni gücləri min 275 adamı girov götürüb. Bunlardan 150-dən xəbər alına bilməyib"-deyə "Qalatasaray" bəyan edib ("modern.az").