Zaqatala sakini narkotikaya görə saxlanılıb

26 Fevral 2014 22:33 (UTC+04:00)
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala rayon sakini saxlanılıb.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti axtarış əməliyyat tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində 1982-ci il təvəllüdlü, rayonun Lahıc kənd sakini Abdurəhmanov Ramin Nuru oğlu Zaqatala şəhəri, Ə. Mahmudov küçəsində şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilərkən əlindəki tünd göy rəngli polietilen torbanın içərisində 480 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Ramin Abdurəhmanov Zaqatala RPŞ-ə aparılıb. Faktla bağlı Zaqatala RPŞ-nın təhqiqat bölməsində araşdırma aparılır.


AzNews.az