Taekvondoçularımız İrandan 3 medalla qayıdır

27 Fevral 2014 08:09 (UTC+04:00)
Kişilərdən ibarət Azərbaycan yığması fevralın 24-26-da İranın paytaxtı Tehran şəhərində keçirilən 25-ci Fəcr Açıq Çempionatında ("Fajr International Open") uğurlu nəticə əldə edib.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, baş məşqçi, əməkdar məşqçi Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə İrana yollanan millimiz aktivinə 3 medal əlavə edib. Belə ki, Olimpiya çəki dərəcələrində mübarizə aparan komandamızın heyətində Radik İsayev (80+ kq) qızıl, Fariz Əliyev (-68 kq) gümüş, Elvin Məmmədov (-68 kq) isə bürünc medal qazanıb.

Taekvondoçularımız Vətənə bu gün dönəcəklər.

AzNews.az