Azərbaycanın cənub rayonları silkələndi - Zəlzələ

27 Fevral 2014 09:44 (UTC+04:00)
Azərbaycanın Lerik rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, saat 10:30:25-də Lerikdə zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar hiss olunub. Zəlzələnin dərinliyi 22 km, manitudası 3,4 olub.

AzNews.az xəbər verir ki, zəlzələ Lənkəran rayonunda da hiss olunub. Bu barədə məlumatı rayon sakinləri bildirib.

AzNews.az