TQDK-dan magistr olmaq istəyənlərə müraciət

27 Fevral 2014 10:01 (UTC+04:00)
TQDK magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib.

Bakalavrlar TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrinizdən istifadə etməklə "Bakalavrın imtahana buraxılış vərəqi"ni çap edə bilər.

İş nömrəsi və şifrini itirmiş bakalavrlar ödəmə kartını aldığını telefon nömrəsindən 2 yazıb 7745 nömrəsinə göndərməlidir.

Ödəmə kartını internet ödəmə vasitəsi ilə əldə edib sonradan həmin iş nömrəsi və şifri itirən bakalavrlar Bakı şəhərində TQDK-nın əsas binasına (Ak. H.Əliyev küç, 17) yaxınlaşmalıdır. Regionlarda yaşayanlar vətəndaşlar isə qeyd etdiyimiz məsələ ilə bağlı TQDK-nın regional bölmələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, imtahana gələrkən "Bakalavrın imtahana buraxılış vərəqi" ni və şəxsiyyət vəsiqəsinin əslini mütləq özünüzlə gətirməlisiniz.

AzNews.az