“Rusiyanın bu hərəkəti hərbi təcavüz kimi dəyərləndiriləcək” – Ali Rada

27 Fevral 2014 11:55 (UTC+04:00)

"Ukraynada Rusiyanın istənilən silahlı hərbçisinin hərəkəti Ukraynaya qarşı hərbi təcavüz kimi dəyərləndiriləcək".

AzNews.az-ın məlumatına görə, bunu Ukrayna Ali Radasının bu gün keçirilən plenar iclasında parlamentin sədri, dövlət başçısı səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov deyib.

Krım Muxtar Respublikasında baş verənlərlə bağlı danışan A. Turçinov hüquq-mühafizə orqanlarını baş verənlərin aradan qaldırılmağa çağırıb. O bildirib ki, ilk növbədə vətəndaşların təhlükəsizliyi təmin olunmalıdır: "Ukraynalıların təxribata yol verməsinə imkan vermək olmaz. Ancaq dövlət və hökumət binaları belə təxribatçılardan qorunmalıdır. Bu işdə xalqın köməyinə ehtiyac var".

Bundan başqa A. Turçinov Rusiyaya ünvanlanan bəyanatla çıxış edib: "Mən Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dənizdə yerləşən bazasının komandanlığına müraciət edirəm. Bütün rusiyalı hərbçilər öz bazalarından kənara çıxmamalıdırlar. Hərbçilərin istənilən hərəkətlənməsi təcavüz kimi dəyərləndiriləcək".

Məhəmməd
AzNews.az