Yanukoviç tapıldı və bəyanat verdi: “Qanuni prezidentəm”

27 Fevral 2014 13:23 (UTC+04:00)
Ukraynanın istefaya göndərilmiş prezidenti Viktor Yanukoviç özünü ölkənin başçısı hesab edir.


AzNews.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, V. Yanukoviç bəyan edib ki, özünü Ukraynanın prezidenti hesab edir.

O, bildirib ki, Rusiyadan hakimiyyəti zəbt edən şəxslərin hücumundən və təhlükəsizliyinin təmin olunması məqsədilə ilə xahiş edib.

V. Yanukoviç Ali Radanın qərarını legitim hesab etməyib: "Mənə və silahdaşlarım təhlükə altında idi. Ukraynadakı vəziyyət dəyişməli və demokratik yolla seçilmiş prezidentin legitimliyi qəbul olunmalıdır. Ukraynanın cənub-şərq vilayətləri və Krım Muxtar Respublikasında baş verənlər də ölkədə hakimiyyətsizliyin olmasının bariz nümaunəsidir".


Xatırladaq ki, V. Yanukoviç Ukrayna Ali Radasının qərarı ilə Haaqa məhkəməsinə verilib və barəsində beynəlxalq axtarış elan olunub.

Məhəmməd
AzNews.az