Amerikalı həmsədr: “Biz də Sumqayıt hadisələrini xatırlayırıq”

27 Fevral 2014 15:59 (UTC+04:00)
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistanı tolerantlıq və etimadı gücləndirmək üçün xalq diplomatiyasını dəstəkləməyə çağırıb.

AzNews.az-ın məlumatına görə, amerikalı həmsədr bu barədə öz "twitter" səhifəsində Sumqayıt hadisələrinə münasibət bildirərkən yazıb.

C.Uorlik bildirib: "Biz, həmçinin Sumqayıt hadisələrini xatırlayırıq. Həm Ermənistan, həm də Azərbaycan tolerantlıq və etimadı gücləndirmək üçün xalq diplomatiyasını dəstəkləməlidir"

AzNews.az