Ukraynadan Rusiyaya sərt ittihamlar: “Təxribatçılıqla məşğuldurlar”

27 Fevral 2014 16:46 (UTC+04:00)
Ukraynanın dövlət başçısı səlahiyyətlərini icra edən Aleksandr Çubarov Rusiya Dövlət Dumasının deputatlarının Krıma səfərinə münasibət bildirib.

AzNews.az-ın məlumatına görə, A. Çubarov Ukrayna Ali Radasının bu gün keçirilən sessiyasında deyib ki, Dumanın Krıma gələn deputatları təxribatçılıqla məşğuldurlar və onların səfəri problemin həllinə yönəlməyib.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının deputatlarından ibarət nümayəndə heyəti Krım Muxtar Respublikasına səfərə gəlib. Sevastopol şəhərinə səfər edən nümayəndə heyətinin tərkibinə Dövlət Dumasının sədr müavini Vladimir Vasiliyev, MDB üzrə komitənin sədri Leonid Sluçkiy, "Vahid Rusiya" partiyasından olan deputat Nikolay Valuyev daxildir.

Qeyd edək ki, bu gün səhər saatlarında Krım Ali Radasını və Nazirlər Kabinetinin binasını zəbt edən rusiyameyilli silahlı qrup adıçəkilən dövlət qurumlarına nəzarəti öz əlində saxlayır. Hüquq-mühafizə orqanları ilə danışıqlar isə nəticə verməyib. Baş verənlərlə bağlı Ukrayna Rusiyaya nota verib. Həmçinin, Krımda baş verənlərlə bağlı Ukrayna hökumətinin Rusiya ilə məsləhətləşmələr aparmaqla bağlı niyyəti də açıqlanıb.

AzNews.az