«Rusiya Qara dənizdə Ukraynaya təhlükə yaratmır»
27 Fevral 2014 22:41 (UTC+04:00)
"Rusiyanın Qara dəniz Hərbi Donanması Ukraynanın təhlükəsizliyini təhdid etmir və Rusiya-Ukrayna anlaşması çərçivəsində hərbi hazırlığı ilə məşğuldur".
Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, bunu fevralın 27-də Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda hərbi birləşmələr və hissələr gündəlik, o cümlədən döyüş hazırlığı ilə bağlı fəaliyyətlə məşğuldur.Belə fəaliyyət heç təhlükə yaratmır. Bununla bağlı hüquqi məhdudiyyət mövcud deyil"-deyə, o, vurğulayıb.
AzNews.az