ATƏT sədri Krıma nümayəndələrini göndərir

28 Fevral 2014 08:45 (UTC+04:00)



ATƏT-in nümayəndələri vəziyyətin gərgin olduğu Krım Muxtar Respublikasına gedir.

AzNews.az-ın məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Dide Burkxalter açıqlmasında Krımda baş verənlərlə bağlı narahatlığını bildirib. O, bütün tərəfləri bu çətin vəziyyətdə diqqətli, ehtiyatlı olmağa və gücdən istifadə etməməyə çağırıb.

ATƏT-in sədri deyib ki, şəxsi nümayəndəsi Tim Quldiman və qurumun Ali komissarı Astrid Sors Krıma səfər edəcək. O, yaxın günlərdə bu səfərin reallaşacağını da qeyd edib.

Məhəmməd
AzNews.az