Rusiya Ukraynaya təzyiqi artırır: Putin Yanukoviçi Rostova göndərdi

28 Fevral 2014 08:55 (UTC+04:00)
Ukraynanın bu yaxınlarda istefaya göndərilən sabiq prezidenti Viktor Yanukoviç fevralın 27-də Rusiyanın Rostov-Don şəhərinə gedib.

AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, V. Yanukoviç Rastova qırıcıların müşayiəti ilə xüsusi təyyarədə gəlib.

Hazırda V. Yanukoviç özəl mülklərin birində yerləşdirilib.

Məlumatda o da qeyd olunub ki, Viktor Yanukoviç fevralın 28-də yerli vaxtla saat 17.00-da Rostov-Donda mətbuat konfransı keçirəcək.

Konfransın keçiriləcəyi yer barədə məlumat əlavə veriləcək.

Məhəmməd
AzNews.az