Talış birliyi fəaliyyətini dondurdu - BƏYANAT

28 Fevral 2014 09:52 (UTC+04:00)

Azəri – Talış İctimai Birliyi fəaliyyətini dondurub. AzNews.az xəbər verir ki, bununla bağlı qurumun sədri Mehdibəy Səfərov bəyanat verib.

Bəyanatda bildirilir ki, qurumun qeydiyyata alınmasından imtina edilib. Bundan sonra Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsi və Bakı Apellasiya məhkəməsinə müraciət ediblər. Lakin məhkəmə də bu iddiaları təmin etməyib:

"Dövlət qeydiyyatına alınmadığına görə, birliyin fəaliyyət göstərməsini qeyri-mümkün sayırıq. Odur ki, son məhkəmə instansiyasının qərarı elan edilənə qədər birliyimizin bütün strukturlarının-idarə heyətinin, təşkilat şöbəsi və gənclər təşkilatının fəaliyyəti müvəqqəti olaraq dondurulur".

Bahar Rüstəmli
AzNews.az