Bakı metrosunda həyəcanlı anlar: qatar sərnişini vurdu

28 Fevral 2014 10:24 (UTC+04:00)
"28 May" metrostansiyasında həyəcanlı anlar yaşanıb.

AzNews.az "Milli.Az"a istinadən xəbər verir ki, platformanın qırağında, xətdən kənarda durmayan sərnişini qatar vurub.

Metro köməkçilərinin "Xətdən kənara durun!" əmrinə tabe olmayan oğlan qatar gedərkən onun yan güzgüsünə dəyib. Oğlan çiynindən zədə alıb, qatarın güzgüsü sınaraq yerə tökülüb.

AzNews.az