Metropolitenin yeni rəhbəri kollektivə təqdim olunur

28 Fevral 2014 10:36 (UTC+04:00)

Yeni yaradılan ""Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov qurum əməkdaşlarına və hökumət üzvlərinə bu gün saat 12:00-da təqdim olunacaq.

Bunu AzNews.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bildirib. O vurğulayıb ki, təqdimat mərasimi Metropolitenində deyil, Hökumət Evində olacaq. Bakı Metropolitenin rəisi vəzifəsindən azad olunan Tağı Əhmədovda orada iştirak edəcək. Tağı Əhmədov Bakı Metropolitenində çalışıb-çalışmayacağı barədə sualımıza isə belə cavab verib: "Artıq ölkə başçısının bu barədə sərəncamı var. Sərəncama uyğun olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı və quruma Zaur Hüseynov sədr vəzifəsinə gətirildi. Tağı müəllim artıq rəis vəzifəsində çalışmayacaq".

Qeyd edək ki, "Bakıelektrikşəbəkə" ASC-nin sədrinin birinci müavin Zaur Hüseynov prezidentin dünən imzaladığı sərəncamla yeni yaradılan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Amid Əyyuboğlu
AzNews.az