Krımın Ukrayna ilə əlaqəsi kəsildi – Yollarda barrikadalar qurulur

28 Fevral 2014 10:41 (UTC+04:00)
Krım Muxtar Respublikasının rusdilli əhalisi bölgənin Ukrayna ilə əlaqəsini kəsmək üçün yollarda barrikadalar qurur.

AzNews.az-ın məlumatına görə, Rusiyanın birbaşa dəstəyi ilə təmin olunan separatçı qruplar mərkəzi hakimiyyətə - Kiyevə tabe olmadıqlarını bildirirlər.

Artıq özünümüdafiə dəstələri adı altında Rusiya hərbi kontingenti tərəfindən formalaşdırılan və silahlandırılan rusdillilər Krımı Ukrayna ilə birləşdirən quru yollarda postlar qurublar.

Postlarda Rusiya bayraqları qaldırılıb. Dəstə üzvləri bildirir ki, onlar Ukraynadan gələn təhlükənin qarşısını almaq üçün bu addımı atıblar.

Məhəmməd
AzNews.az