İlham Əliyev Böyükşordakı tikinti işləri ilə tanış oldu

28 Fevral 2014 10:57 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlət başçısı stadionun layihəsi ilə tanış olub, idman qurğusunun maketinə və gələcək görüntülərini əks etdirən stendlərə baxıb.

Sonra Azərbaycan Prezidenti Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə maraqlanıb.

Prezident İlham Əliyev daha sonra Heydər Əliyev-Ziya Bünyadov-Olimpiya Stadionu avtomobil yolunun tikintisində işlərin gedişi ilə tanış olub.

AzNews.az