“Mənim evimi bir qadın yıxdı“- Nadir Qafarzadə

28 Fevral 2014 11:34 (UTC+04:00)
Müğənni Nadir Qafarzadə Rusiya şou-biznesinə qatılmaqda ona mane olduqlarını etiraf edib.

Axşam.az-ın məlumatına görə, "5/5" verilişinə qonaq olan sənətçi ona bir qadının mane olduğunu bildirib:

"Mənim evimi bir qadın yıxdı. 8 il bundan əvvəl Rusiya şou-biznesinə qatılmaq istəyirdim. Amma o, yolumu bağladı, mənə mane oldu. Əgər alınsaydı, indi Rusiyanın ən məşhur meqastarı, superstarı idim. Azərbaycanda 1 ilə ulduz olmaq mümkündür, 8 ilə nələr etməzdim?".

AzNews.az