Söyün Sadıqov Qənirə Paşayevanın müdafiəsinə qalxdı

28 Fevral 2014 13:36 (UTC+04:00)
Son günlər Milli Məclisin deputatı Qənirə Paşayeva barəsində yayılan mənfi informasiyalara Rusiyada yaşayan azərbaycanlı milyarder "Azerros"un sabiq prezidenti Söyün Sadıqov münasibət bildirib.

S. Sadıqov AzNews.az-da yayılan "Qənirə Paşayevanı Türkiyədə pərt etdilər" yazısına facebookda şərh yazıb və deputatı tərifləyib: "Qənirə xanım gözəl və çox ağıllı xanımdır. O həm də güclü siyasətçidir. O, Azərbaycanın və ölkə cəmiyyətinin inkişafı üçün müsbət işlər görüb". S. Sadıqov əlavə edib ki, Azərbaycanda belə xanımlara daha çox ehtiyac var.

AzNews.az