AMEA-da yeni təyinat

28 Fevral 2014 13:39 (UTC+04:00)
Aybəniz Əliyeva-Kəngərli Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təsdiq olunub.

Akademiyadan AzNews.az-a verilən məlumata görə, Aybəniz Əliyeva-Kəngərli 5 il müddətinə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin edilib. Digər bir qərarla Firəngiz Hüseynova MEK-in elmi işlər üzrə direktor müavini, Qutiyera Cəfərova isə elmi katib vəzifəsinə 5 il müddətinə təsdiq olunublar.

AzNews.az