Qırğızıstan hökuməti istefaya göndərildi

24 Avqust 2012 15:42 (UTC+04:00)


Qırğızıstan prezidenti Almazbek Atambayev bu gün hökumətin buraxılması ilə bağlı sərəncam imzalayıb.

AzNews.az-ın regnum.ru saytına istinadən verdiyi xəbərə görə, indiki heyət yeni nazirlər kabineti formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Qırğızıstan hökuməti fraksiyaların koalisyası sayəsində 20 dekabr 2011-ci ildə qurulmuşdu. Bu fraksiyalara "Ar-Namıs" "Respublika" "Ata-Mekan" daxil idi. Nəzərinizə çatdıraq ki, "Birimdik" kualisyasından ilk olaraq "Ar-Namıs" fraksiyası daha sonra isə "Ata-Mekan"-nın çıxmışdı.

Sadiq
AzNews.az