Əhməd Davudoğlu Kiyevə gedir

28 Fevral 2014 14:13 (UTC+04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ukraynaya səfər edəcək.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Ə. Davudoğlunun səfəri martın 1-ə planlaşdırılıb.

Məlumatda o da qeyd olunub ki, bu gün Ə. Davudoğlu Ukraynanın xarici işlər naziri səlahiyyətlərini icra edən Andrey Deşiça ilə telefon danışığı olub. Söhbət zamanı Ukraynada baş verən hadisələr müzakirə olunub.

Məhəmməd
AzNews.az