İsveçrə Yanukoviçin bank hesablarını donduracaq

28 Fevral 2014 14:39 (UTC+04:00)

İsveçrə hökuməti Ukraynanın sabiq prezidentinin ailəsinə məxsus olduğu ehtimal olunan şirkətlərdə araşdırma aparacaq.


AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, İsveçrə hökumətinin nümayəndəsi Andre Simonaç bildirib ki, V. Yanukoviçin adına olan bütün bank məhsulları dondurulacaq.

O, bununla bağlı İsveçrə Federal Şurasının müvafiq qərar qəbul etdiyini də deyib.

Məlumatda o da qeyd olunub ki, hazırda İsveçrə hökuməti bu ölkədə qeydiyyatdan keçən "MAKO Holding"in V. Yanukoviçin oğlu Aleksandra məxsus olmasını araşdıracaq.

Xatırladaq ki, Ukraynanın baş naziri Arsen Yasenyuk bildirib ki, V. Yanukoviç hökuməti dövlət büdcəsindən çıxarılan 37 milyard dollar naməlum şəkildə yoxa çıxıb.

Azər
AzNews.az