Jurnalistlər üçün yeni müsabiqə

28 Fevral 2014 15:08 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSMN) və Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi elan edilib.

AzNews.az xəbər verir ki, müsabiqənin məqsədi vətəndaşların əmək və sosial müdafiə hüquqlarının və bu hüquqların təminatı sahəsində aparılan işlərin KİV vasitəsilə cəmiyyətdə daha geniş təbliğinin dəstəklənməsi, əmək və sosial müdafiə sahəsi üzrə aktual mövzuların medianın gündəminə çıxarılmasına və həmin mövzularda jurnalist səriştəlililiyin artırılmasına şərait yaradılmasıdır.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.

Yazılar rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə:
I yer - 1000 manat
II yer - 700 manat
III yer - 500 manat
Həvəsləndirici mükafat - 200 manat

Qaliblər həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Müsabiqə bu gündən başlayır və 30 may 2014-cü il tarixdə başa çatacaq.

Amid
AzNews.az