Bakı metrosunda həyəcan: Qatar tuneldə qaldı

28 Fevral 2014 16:11 (UTC+04:00)
Bakıda metroda problem yaranıb.

"Axar.az"ın verdiyi məlumata görə, Nərimanov metro-stansiyasında yaxın dəqiqələrdə qatarların hərəkətində problem yaranıb.

Həzi Aslanov stansiyası istiqamətində hərəkət edən iki qatar ardıcıl olaraq Nərimanov metro-stansiyasından Bakmil stansiyasına hərəkət edib.

Ardınca gələn qatar isə 6 dəqiqə qapıları açıq vəziyyətdə stansiyada qalıb.

2 dəqiqəlik fasilədən sonra Nərimanov stansiyasına yaxınlaşmaqda olan növbəti qatar platformada dayanan qatarın hərəkət etməməyi üzündən təxminən 4 dəqiqə tuneldə qalmalı olub. Metropolitenin stansiyadakı bələdçilərinin bildirdiyinə görə, buna səbəb texniki nasazlıq ola bilər.

AzNews.az