Kamal Abdulla dövlət müşaviri oldu- SƏRƏNCAM

28 Fevral 2014 16:42 (UTC+04:00)
Kamal Mehdi oğlu Abdullayev Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam verib.

Prezidentin digər sərəncamı ilə K.M.Abdullayev Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

AzNews.az