İranda edam zamanı tükürpədici olay

28 Fevral 2014 18:45 (UTC+04:00)
İranda edam zamanı tükürpədici səhnə yaşanıb.

İranın Kərəc şəhərində qəsdən adam öldürməkdə ittiham olunaraq ölüm hökmünə məhkum olunmuş bir məhbus əhalinin gözü qarşısında dara çəkilməsi üçün meydana gətirilib. Əlləri arxadan bağlı olan məhbus edam kürsüsünə çıxarıldığı zaman dara çəkilməməsi üçün imdad diləməyə başlayıb. Bu zaman məhbusla icraçılar arasında mübahisə baş verib. Nəticədə məhbusu zorla edam kürsüsünə çıxarmağa cəhd göstərsələr də, məhbus stulu təpiklə vuraraq yerə salıb. Hətta icraçılar kürsünü yerinə qoysalar da, məhbus ikinci dəfə bədəni ilə onu səhnədən kənara tullayıb və bir müddət sonra ona tərəf gələn təpik vurub. Daha sonra məhbus çırpınaraq icraçıların əlindən qurtulmağa çalışıb, öz əllərini açmağa nail olub, onları yumruqla vurmağa başlayıb, birini səhnədən yerə də atıb. Sonda polislər hadisəyə müdaxilə edib onu döyüblər və əllərini, ayaqlarını qandallayaraq edam kürsüsünə qaldırmaqla ipi boynuna keçiriblər. Bununla da məhbusu dar ağacından asmağa nail olublar. (Axar.az)