Ərəfatın cəsədi analiz ediləcək

24 Avqust 2012 15:54 (UTC+04:00)
Fələstinin keşmiş lideri Yasir Ərəfatın cəsədinin qalıqları analiz ediləcək. Analizi Fələstin hakimiyyətinin xahişinə əsasən İsveçrənin Lozanna Universitetinin kiliniki mərkəzinin mütəxəssisləri aparacaq.

AzNews.az-in "İnterfaks" a istinadən verdiyi mıəlumata görə, bu barədə xəbəri İsveçrənin RTS telekompaniyası yayıb. Mərkəz rəhbəri Darsi Kristen məsələ barəsində danışarkən "Tamamilə aydındır ki, Fələstin hakimiyyəti təcili hərəkət etmək istəyir və əməkdaşlıqda maraqlıdırlar. Bu onların müraciətindən də aydın gırünür" deyə vurğulayıb.

Ərafatın dul qalmış xanımı Suxa Ərəfat analizlərin aparılmasına razılıq verib. Onun vəkili Mark Bonnatan bildirib ki, xanım Ərəfat araşdırımanın aparılmasını istəyir: "Biz Rəmallaha yola düşəcəyik. Səfərə gələn ay nail olmaq istəyirik".

E.Əlosmanqızı
AzNews.az