DSMF 250-dən çox vakant yerə müsabiqə elan edib - VİDEO

28 Fevral 2014 19:04 (UTC+04:00)
Dövlət qulluğu imtahanları vasitəsilə Sosial Müdafiə Fondunda işə düzəlmək istəyənlərə xəbərimiz var.

Bu gün Sosial Müdafiə Fondu ilə Dövlət Qulluğu Komissiyasının rəhbərləri birgə vətəndaşların suallarını cavablandırıblar. Son 5 ildə 530 nəfərin imtahanlar vasitəsilə Fondda işə götürüldüyünü deyən qurumun sədri Elman Mehdiyev növbəti müsabiqədə təqdim olunan vakant yerlərin sayını da açıqlayıb.

Dövlət qulluğu məsələləri üzrə komissiyanın sədri Bəhram Xəlilov isə komissiyanın Dövlət sosial müdafiə fondu ilə birgə əməkdaşlığının davam etdiriləcəyini deyib.





AzNews.az