Bakıda qadın tiryəkxanası aşkarlandı

24 Avqust 2012 16:39 (UTC+04:00)
Azərbaycan paytaxtında mənzillərdən birində tiryəkxana aşkarlanıb. AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Aynurə Məmmədovaya məxsus mənzilin tiryəkxana kimi istifadə olunması müəyyən edilib.

Orada olan Bakı şəhər sakinləri Səidə İmanova, Çinarə Məmmədova və Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, Xətai RPİ tərəfindən axtarışda olan Xatirə Ələkbərova tutulublar. Onlardan ümumilikdə 3,057 qram heroin aşkar edilərək götürülüb.

AzNews.az