Putin Ukraynaya qoşun yeritmək üçün icazə istəyib
1 Mart 2014 18:14 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin Ukraynanın Krım Muxtar Respublikasına qoşun yeritmək üçün Federasiya Şurasına müraciət edib.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, müraciətdə Ukraynada ictimai-siyasi vəziyyət normallaşanadək qoşunların Krımda qalmasının zəruriliyi əsaslandırılır.
"Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiya vətəndaşlarının, soydaşlarımızın, Qara dəniz donanması şəxsi heyətinin həyatı təhlükədədir. Bu üzdən də Ukraynada ictimai-siyasi vəziyyət normalaşanadək Rusiya Silahlı Qüvvələrindən bu ölkənin ərazisində istifadə üçün Rusiya Federasiya Şurasına müraciət edirəm", - deyə Rusiya prezidentinin müraciətində vurğulanır.
AzNews.az