Rusiya ABŞ-dakı səfirini geri çağıra bilər

1 Mart 2014 19:18 (UTC+04:00)
RF Federasiya Şurasının spikeri Valentina Matviyenko Xarici əlaqələr komitəsinə Prezidentə Rusiyanın ABŞ-dakı səfirinin geri çağırılması barədə müraciət hazırlamağı tapşırıb.

Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

V.Matviyenko qeyd edib: "Xarici əlaqələr komitəsinə Prezidentə müraciət hazırlamağı tapşırmaq barədə təklif oldu və təxirə salmadım. Prezident müraciətə baxacaq və qərar qəbul edəcək"


AzNews.az