Rəsmi Moskva Rusiya ordusunun Ukraynaya girməsini təkzib etdi

1 Mart 2014 21:43 (UTC+04:00)
Bu informasiyanı Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov yayıb
Rəsmi Moskva Rusiya ordusunun Ukraynaya girməsi barədə yayılan xəbərləri təkzib edib.


Vladimir Putinin qərarından sonra Rusiya Silahlı Qüvvələri hələlik Ukraynaya girməyib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"Vladimir Putin Ukraynadakı vəziyyəti nəzərdən keçirəndən sonra Silahlı Qüvvələrin ölkəyə daxil olub-olmaması barədə qərar verəcək. Amma ümid edirik ki, Ukraynada hadisələrin inkişafı bu cür davam etməyəcək", deyə Peskov bildirib.


AzNews.az