İnşaat bölməsində çalışan işçilərin sayı artıb

2 Mart 2014 14:52 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu ilin yanvar ayında inşaat bölməsində çalışan işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 100,9 min nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, tikinti sektorunda işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artaraq 625,5 manat təşkil edir.

Mülki təyinatlı və ixtisaslaşdırılmış tikinti sahələrində çalışanların əmək haqları isə müvafiq olaraq 21,7 və 7,8 faiz artıb.

AzNews.az