Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsait artıb

2 Mart 2014 14:57 (UTC+04:00)
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait son bir ayda 700 min manata yaxın artıb. Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Martın 1-i tarixinə fondun bank hesabına toplanmış vəsait 52 340 724 manat, 211 791 ABŞ dolları və 593 avro təşkil edib.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

AzNews.az