11 nömrəli Xüsusi internat məktəbinin adı dəyişdirildi

3 Mart 2014 09:30 (UTC+04:00)
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 11 nömrəli Xüsusi internat məktəbinin adı dəyişdirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Təhsil Nazirliyinin 11 nömrəli Xüsusi internat məktəbi 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi adlandırılacaq.

Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda edilən dəyişikliyə əsasən, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

AzNews.az