Ukraynanın hərəkat liderinə Rusiyada cinayət işi qaldırıldı

3 Mart 2014 12:21 (UTC+04:00)

Rusiya İstintaq Komitəsi Ukraynanın "Pravıy sektor" hərəkatının lideri Dmitriy Yaroş barəsində cinayət işi qaldırıb.

AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, D.Yaroş radikal və ekstremist çağırışlar etməkdə, Rusiyaya və Ukraynada yaşayan ruslara qarşı sərt addımlar atmaqda ittiham olunur. İstintaq qurumundan o bildirilib ki, yaxın günlərdə D. Yaroş barəsində beynəlxalq axtarış elan olunacaq. Xatırladaq ki, Ukraynada "Maydan" hərəkatının tanınmış simalarından olan Dimitriy Yaroş "Pravıy sektor" hərəkatı qeyri-ukraynalılara, xüsusən də ruslara qarşı radikal mövqedədir. Bu hərəkatın rəhbəri D. Yaroş 1990-cı illərin əvvəllərində Çeçenistanda Rusiya əleyhinə başlanan müharibədə ön sıralarda iştirak edib. Bu qurumun sədri Saşa Belıy isə həmin dövürdə Çeçen-İçkeriya Respublikasının prezidenti Çövhər Dudayevin yaxın silahdaşlarından olub.

Məhəmməd
AzNews.az