Xalq artisti ailəsindəki faciədən danışdı: "Ev yandı, onlarsa boğuldu"

3 Mart 2014 13:12 (UTC+04:00)
Xalq artisti Ağaxan Abdullayevin ailəsində dəhşətli faciə baş verib.

Onun qardaşının qızı və həyat yoldaşı boğularaq dünyasını dəyişib.
Bununla bağlı yayılan xəbəri Ağaxan Abdullayev AzNews.az-a təsdiqləyib.

A.Abdullayev deyib ki, bu, Allahın qismətidir: "Qardaşımın qızı və həyat yoldaşı, ana-bala hər ikisi rəhmətə getdi. Ev yandı, onlar da içərisində boğuldu. Bu gün 3 mərasimidir".

Qeyd edək ki, hadisə ötən şənbə Xəzər rayonu Türkan qəsəbəsi Gənclər küçəsi ev 20-də baş verib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a bildirilib ki, hadisə nəticəsində xəsarət alan ana İbrahimova Təravətin (50 yaş) və qızı Abdullayeva Samirənin (20 yaş) həkimlərin səyinə baxmayaraq həyatlarını xilas etmək mümkün olmayıb.

Bahar Rüstəmli
AzNews.az