Dindar insanlar xərçəngə daha tez qalib gəlir

25 Avqust 2012 08:27 (UTC+04:00)
ABŞ-dakı Missuri Universitetinin son araşdırmasına görə, Tanrıya inanmaq insanın sağlamlığına müsbət təsir göstərir. Araşdırmalar göstərib ki, xərçəng və ya infarkt kimi xəstəliklərdən sonra psixi durumlarında narahatlıq qeydə alınan insanlar arasında inanclı olanlar daha tez sağalırlar.

Araşdırmaya rəhbərlik edən professor Dan Cohen iddia edir ki, dindar insanlarda eqoizm hissi azalır. Bu isə insanda yüksək əhval-ruhiyyə yaradaraq müalicəsinin uğurlu olmasını şərtləndirir.

E.Əlosmanqızı
AzNeWs.az