Yazıçımızın romanı dərs vəsaiti oldu- Türkiyədə

3 Mart 2014 14:25 (UTC+04:00)
Azərbaycan yazıçısı Varisin ötən ilin oktyabrında İstanbulda nəşr olunan "Yetmiş yeddinci gün" romanı Türkiyənin Yozqat Bozok Dövlət Universitetində Türk dili və ədəbiyyatı fənnindən dərs vəsaiti kimi təsdiqlənərək tədris proqramına daxil edilib.

AzNews.az-a verilən məlumatda bildirilir ki, Universitet rəsmisi Dr. Ebubekir Güngör də bu barədə açıqlama yayıb.

Xatırladaq ki, "Yetmiş yeddinci gün" romanı Azərbaycan tarixinin 1937-ci ildən başlayaraq yetmiş illik bir dövrünü əhatə etməklə yeniyetmələrlə böyüklər arasındakı ziddiyyətdən doğan ağrı-acını, xoşbəxtliyin daim yaxında – bir addımlıqda olması inamını bədii çalarlarla özündə əks etdirir.

Qeyd edək ki, bu günlərdə yazıçının Türkiyədə "Son məktub" adlanan sayca üçüncü romanı işıq üzü görəcək.



AzNews.az